RU

İsveç NATO missiyası çərçivəsində Polşaya “Gripen” qırıcıları göndərəcək

Stokholm, 7 mart, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç NATO-nun Polşada həyata keçirəcəyi əməliyyatda iştirak etmək üçün heyət üzvləri ilə birlikdə səkkiz “JAS Gripen” qırıcısı göndərəcək.

AZƏRTAC xəbər verir ki, qərar hökumətin mətbuat konfransında elan edilib.

İsveçin müdafiə naziri Pol Yonsonun sözlərinə görə, missiyanın əsas məqsədi kollektiv təhlükəsizliyin gücləndirilməsi və strateji əhəmiyyətli logistika yollarının qorunmasıdır. “Gripen” qırıcıları hava patrulu və mümkün təhdidlərin, o cümlədən pilotsuz uçuş aparatları və qanadlı raketlərin qarşısının alınması üçün istifadə olunacaq.

Nazir vurğulayıb ki, İsveçin bu missiyada iştirakı NATO ilə müdafiə əməkdaşlığını gücləndirəcək və ölkənin silahlı qüvvələrinin əməliyyat uyğunluğu səviyyəsini artıracaq. O əlavə edib ki, “Gripen” qırıcılarının göndərilməsi NATO qüvvələrinin planlaşdırılmış rotasiyasının bir hissəsidir.

Bundan əlavə, qərara alınıb ki, Luleo şəhərində yerləşən “F21” aviasiya bölməsi bu ilin aprel-iyun aylarında Polşanın hava məkanının patrul xidmətində iştirak edəcək. Bu, İsveçin “Gripen” qırıcılarının müttəfiq dövlətin ərazisində belə bir missiyanı ilk dəfə yerinə yetirməsi olacaq.

Избранный
96
1
azertag.az

3Источники