"Böyük miqdarda bəzi vitaminlər ürək-damar sisteminə zərər verə bilər. Məsələn, orqanizmdə E vitamini artıq olduqda insult riski artır".
Publika.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya kardioloq İosif Şubitidze çməlumat verib.
“Yüksək dozada E vitamini ürək üçün təhlükəli ola bilər. Tədqiqatlar göstərir ki, çoxlu E vitamini qəbul etmək ürək xəstəliyi və insult riskini artıra bilər. Bu, E vitamininin qanın laxtalanmasına təsir göstərə bilməsi və damar sisteminin vəziyyətinə mənfi təsir göstərməsi ilə bağlıdır. A vitamininin yüksək dozaları da zəhərlidir. Yadda saxlamaq lazımdır ki, A vitamini əlavələrdən deyil, tərəvəz və meyvələrdən (kök, ispanaq, şirin kartof kimi) təbii mənbələrdən almaq daha yaxşıdır”, - deyə həkim izah edib.
O deyib ki, həddindən artıq omeqa-3, vitamin olmasa da, zərərli ola bilər. Böyük miqdarda qəbul edilməsi ürək ritminin pozulmasına və kardiyomiyositlər (ürəyin əzələ hüceyrələri) arasında impulsların keçirilməsinə kömək edir.
“Digər məşhur əlavə kaliumdur. Bu, ürək-damar sisteminin fəaliyyətində əsas rol oynayan həyati vacib mikroelementdir. Ürək ritmini tənzimləməyə və normal qan təzyiqini saxlamağa kömək edir. Yüksək kalium səviyyəsi ciddi ürək aritmiyalarına və hətta ürəyin dayanmasına səbəb ola bilər”, - deyə kardioloq bildirib.