1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ Prezidenti Donald Trampın administrasiyası kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə məqsədi daşıyan qlobal razılaşma əsasında İranın neft tankerlərinin beynəlxalq sularda dayandırılması və yoxlanılması planını nəzərdən keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.
Qeyd olunur ki, bu, İranın neft ixracını sıfıra endirmək və Tehranın nüvə silahı əldə etmək imkanlarını məhdudlaşdırmaq üçün Trampın "maksimum təzyiq" siyasətinin bir hissəsidir.
Məlumata görə, tankerlərin dayandırılması İran neftinin zavodlara çatdırılmasını gecikdirəcək və neft ticarətində iştirak edən tərəfləri sanksiyalara və beynəlxalq təzyiqlərə məruz qoyacaq.