Demokrat.az teleqraf-a istinadla xəbər verir ki, Ukrayna liderinin geyim üslubu üzərində milliyətcə azərbaycanlı olan Elvira Həsənova çalışır.
"Financial Times" dizaynerin Zelenskinin geyimi ilə bağlı açıqlamasını dərc edib.
Azərbaycanlı dizayner bildirib: ""Onun geyiminin mahiyyəti sadəcə zahiri görkəm üçün deyil. Bu, Zelenskinin dünyaya mesajının bir hissəsidir və mahiyyəti onun xalqının yanında olduğunun isbatıdır… İndi kostyum vaxtı deyil. Əsgərlərimiz döyüşdüyü, insanlarımızın sığınacaqda olduğu bir zamanda kostyum geyinə bilmərik. Bu, seçim dəbdən daha çox şey ifadə edir. Bu tərz Ukrayna liderinin bir növ ünsiyyət vasitəsidir”.
E. Həsənova Ukrayna Prezidentinin qeyri-rəsmi geyim üslubunu müdafiə edib və bildirib ki, ukraynalı siyasətçinin “məşhur” poloları dünyaya mesajın bir hissəsidir.
Qeyd edək ki, Ukraynada azərbaycanlı ailənin yaratdığı “Damirli” geyim şirkətinin məhsullarından ABŞ-ın məşhur şəxsləri də istifadə edir. Brendin yaradıcısı olan Elvira Həsənovanın dizayn geyimlərindən prezident Zelenskidən başqa, Britaniyanın sabiq baş naziri Boris Conson və digər məşhurlar da istifadə edib.
7Источники
-
konkret.azZelenskinin dizayneri azərbaycanlı imiş… – Foto ( 15903239)
-
cebheinfo.azZelenskinin geyimlərini azərbaycanlı xanım hazırlayır ( 15902839)
-
konkret.azZelenskinin geyimlərini azərbaycanlı xanım hazırlayır ( 15902127)
-
yenisabah.azZelenskinin geyimlərini azərbaycanlı xanım hazırlayır... ( 15900971)
-
demokrat.azZelenskinin geyimlərini azərbaycanlı xanım hazırlayırmış — ÖZÜ DANIŞDI ( 15899731)
-
ucnoqta.azZelenskinin geyimlərini azərbaycanlı xanım hazırlayır... ( 15899607)
-
axar.azZelenskinin geyimlərini azərbaycanlı xanım hazırlayır... ( 15898567)