Goranboyda bədbəxt hadisə baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Borsunlu kəndi ərazisində qeydə alınıb.
Kənd sakini 1960-cı il təvəllüdlü Əliyev Paşa Yaşar oğlunu elektrik cərəyanı vurub.
65 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.