Paytaxtın mərkəzi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. AzPost-un əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saat 08:49 radələrində qeydə alınıb.
Hərəkətdə olan sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək dənizkənarı bulvar ilə yolu ayıran dəmir arakəsməyə çırpılıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Xəsarət alanlarla bağlı məlumat yoxdur.