UEFA ölkələrin reytinq cədvəlini yeniləyib.
Msport.az xəbər verir ki, Avropa Liqası və Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra bəzi yerdəyişmələr olub.
Bu, Azərbaycanın mövqeyinə də təsir edib. Ölkəmiz 2 pillə geriləyərək, 30-cu sıraya düşüb. Avropa arenasında təmsilçisi qalmayan Azərbaycanın aktivində 19,625 xal var.
Qeyd edək ki, hesabında 107,910 xal olan İngiltərə reytinqə başçılıq edir.