RU

2025-ci ildə Türkiyədə səhiyyə sahəsində 265 layihə reallaşdırılacaq (ÖZƏL)

Bakı,TurkicWorld

2025-ci ildə Türkiyədə səhiyyə sahəsində 265 layihə həyata keçiriləcək.

Bu barədə TurkicWorld-a Türkiyənin Səhiyyə nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi dəyəri, 139,2 milyard lirədir.

“Bu il həyata keçirilməsi nəzərdə tutulan layihələrin bir qismi xarici kredit vəsaiti ilə reallaşdırılacaq. Xarici kreditin ümumi məbləği 17,3 milyard lirədir” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, keçən il Türkiyədə Səhiyyə layihələrinə ümimilikdə 326,8 milyard lirə dəyərində vəsait ayırılıb ki, bunlardan 13 milayrd lirə xarici kreditdir.

Qeyd edək ki, bu layihələrin həyata keçirilməsi Türkiyənin səhiyyə sisteminin gücləndirilməsinə, xəstəxana infrastrukturunun modernləşdirilməsinə və vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına mühüm töhfə verəcək.

Mütəxəssislər hesab edirlər ki, yeni səhiyyə layihələri xəstəxanaların maddi-texniki bazasının təkmilləşdirilməsi, regionlarda səhiyyə xidmətlərinin əlçatanlığının artırılması və rəqəmsal səhiyyə sistemlərinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edəcək.

Türkiyə hökuməti səhiyyə sektoruna yatırılan investisiyaların artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Bu addımlar Türkiyənin səhiyyə sektorunda dayanıqlı inkişafı təmin etmək, innovativ tibbi texnologiyaların tətbiqini genişləndirmək və ölkə vətəndaşları üçün daha keyfiyyətli tibbi xidmətlər təqdim etmək məqsədilə atılır.

Избранный
12
turkic.world

1Источники