RU

KİV: Məhkəmə Cənubi Koreya Prezidentinin həbsini ləğv edib

Cənubi Koreya məhkəməsi Koreya Respublikasının Prezidenti Yun Sok Yolu həbsdən azad edib.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Fevralda Prezident tərəfi Seul Mərkəzi Məhkəməsinə müvafiq ərizə ilə müraciət edib.

Qeyd edək ki, 2024-cü il dekabrın 14-də Cənubi Koreya parlamenti Yun Sok Yola qarşı impiçment elan edib. Məhkəmə 31 dekabrda konstitusiya quruluşuna qarşı qiyam işi üzrə Yun Sok Yolun həbsə alınması barədə qərar çıxarıb və o, 19 yanvarda həbs edilib.

Избранный
27
4
report.az

5Источники