RU

Bakıda evdə yatmış vəziyyətdə olan yeniyetmə valideynlərini təşvişə saldı – ANBAAN VİDEO

Bakı şəhərinin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq evdə yatmış vəziyyətdə olan 2012-ci il təvəllüdlü yeniyetməni valideynlərinə təhvil veriblər.


Bizim.Media

Избранный
15
16
bizim.media

10Источники