RU

“Ukrayna böhranında qalib yoxdur” –Çin xarici işlr naziri

“Ukrayna böhranında qalib yoxdur, sülhdən isə heç kim itirməyəcək”.

AzPost bildirir ki, bu fikri Çinin xarici işlər naziri ölkənin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının illik sessiyası çərçivəsində martın 7-də keçirdiyi mətbuat konfransında Çinin Ukrayna böhranı ilə bağlı mövqeyini açıqlayarkən deyib.

Ukrayna böhranının başlanğıcından bəri Çin dialoq və danışıqları siyasi yolla həll etməyə sadiqdir və sülh danışıqlarını təşviq etmək üçün hər cür səy göstərir. Çin hər zaman obyektiv və qərəzsiz mövqe tutur, həll üçün şərait yaratmaq və qarşılıqlı anlaşmanı gücləndirmək üçün soyuqqanlı və balanslı bir həllin tərəfdarıdır.

“Çin sülhə nail olmaq üçün bütün səyləri alqışlayır və dəstəkləyir. Eyni zamanda qeyd etmək lazımdır ki, böhranın təməl səbəbləri dərin tarixi köklərə malikdir, onu bir gündə həll etmək mümkün deyil. Münaqişədə qalib yoxdur, heç kim sülhdən itirməyəcək. Danışıqlar masasına oturmaq təkcə münaqişəyə son qoymayacaq, həm də sülhə yol açacaq. Tamamilə fərqli mövqelərə malik olsalar da, bütün cəlb olunmuş tərəflər ədalətli, davamlı, hüquqi mükəlləfiyyətli və bütün tərəflərə məqbul sülh razılığını əldə etmək üçün ümumi əhvali-ruhiyyə var”, – deyə o bildirib.

Çin rəsmisi bildirib ki, Ukrayna böhranı artıq 3 ildən çoxdur davam edir, amma indi aydın olur ki, bu faciənin qarşısını almaq mümkün olardı.

“Hər kəsin bu böhrandan dərs alması vacibdir. Çünki təhlükəsizlik qarşılıqlı və bərabər olmalıdır, bir ölkənin təhlükəsizliyi başqalarının təhlükəsizliyi hesabına təmin edilməməlidir. Yalnız ümumi, kompleks, birgə və dayanıqlı təhlükəsizlik konsepsiyasının həyata keçirilməsi Avrasiya qitəsində və bütün dünyada davamlı sülhün təmin olunmasına imkan verəcək”, – deyə Çinin xarici işlər naziri bildirib.

Избранный
55
3
azpost.info

4Источники