Bu gün Azərbaycan Basketbol Liqasında XVII tur start götürəcək.
Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə bir matç baş tutacaq.
A qrupunda reallaşacaq açılış oyununda "Naxçıvan" autsayder NTD ilə üz-üzə gələcək. Görüş “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq və saat 19:00-da başlayacaq.
Qeyd edək ki, tura martın 9-da yekun vurulacaq.