RU

Şəki teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirəcək

Şəki, 7 mart, Mustafa Dadaşov, AZƏRTAC

Şəki Dövlət Dram Teatrında Novruz bayramı münasibətilə məktəblilər və azyaşlı uşaqlar üçün Hüseyn Hüseynlinin müəllifi olduğu “Meşə pərisi və Qarqamel” adlı nağıl-tamaşa hazırlanır. Məqsəd bayram tətili günlərində uşaqlara xoş əhval-ruhiyyə bəxş etmək, onları sevindirməkdir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissə rəhbəri Lalə Məmmədova məlumat verib.

Tamaşada Qarqamelin nağıl qəhrəmanlarını oğurlamasından və onların Meşə pərisinin köməyi ilə xilas olmasından bəhs edilib. Hadisələrin gedişatında uşaqlara dostluğun, birliyin gücü təbliğ olunur.

Tamaşanın quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu və geyim üzrə rəssamı Dilşad Şirinova, xoreoqrafı Elvin Nuri, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.

Rolları Rəşad Rüstəmov, Pərviz İsmayılov, Fərahim Fətəliyev, Arzuman Abdullazadə, Nərmin Nəbiyeva, İlkin Rüstəmov, Nərmin Abbasova, Arzu Mustafayeva, Nuranə Mirzəliyeva və digələri ifa edirlər.

Tamaşa gün ərzində üç seans olmaqla, martın 23-dən 30-dək davam edəcək.

Избранный
7
azertag.az

1Источники