"Məz özümü istənilən idmançı üçün təhlükəli rəqib sayıram. Sonadək mübarizə aparacağam, sonadək döyüşəcəyəm, qələbə üçün bütün imkanları yoxlayacağam. Məni döyüşdə sındırmaq çox-çox çətn olacaq".

Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan idmançısı Rafael Fiziyev UFC313 yarışı ərəfəsində təşkil olunan mətbuat konfransında deyib.

33 yaşlı təmsilçimiz martın 9-da ABŞ-ın Las Veqas şəhərində yerli idmançı Castin Qeyci ilə döyüşəcək. O bildirib ki, 10 gün öncə qarşıdakı görüş barədə məlumat alarkən həddən artıq sevinib: "Açığı, onun mənimlə döyüşə razıaşacağını gözləmirdim Çünki o, mənə bir dəfə qalib gəlib. Mənə deyəndə ki, Qeyci rəqiblər arasında səni seçib, əşyalarını yığ, Amerikaya gedirsən, elə sevindim ki... İndiyə qədər çox şadam. Dünən mən onu və məşqçisini zalda görərkən yaxınlaşıb dedim: "Çox sağ ol! Martn 5-də mənim ad günüm idi. Səninlə döyüşmək şansını özüm üçün hədiyyə hesab edirəm".

Fiziyev döyüşöncəsi favorit sayılmasından da danışıb: "Bu, məni təəccübləndirir. Yəqin ki, döyüşlərdə zəif bənd kimi göstrilməyim mənim daha çox xoşuma gəlir. Lakin adətən ətrafımda hamı mənə inanır. Düşünürəm k. bu, mənim heç də pis döyüşçü olmadığımı göstərir".