RU

Vasnetsovun itkin tablosu hərraca çıxarıldı

Yazını böyüt
Yazını kiçilt

Moskva Hərrac Evi məşhur rus rəssamı Viktor Vasnetsovun əvvəllər məlum olmayan “Boqomoltsı” (Zəvvarlar) tablosunu hərraca çıxarır. Rəsm 22 il əvvəl Sotheby's hərracında 19-cu əsrin anonim əsəri kimi 50 min dollara satılıb. Lakin ekspertizalar nəticəsində Vasnetsova məxsus olduğu müəyyən edilən işin hazırkı təxmini dəyəri 1,5 milyon dollardır. Hərrac martın 16-da keçiriləcək.

Hafta.az-ın yazdığına görə, Boqomoltsı tablosu 2003-cü ildə satışa çıxarıldıqdan sonra Rusiya Muzeyində ekspertlər tərəfindən araşdırılıb və onun Vasnetsovun ilk əsərlərindən biri olduğu müəyyən edilib. Bu rəsm rəssamın 1873-cü ildə çəkdiyi məşhur “Dilənçi musiqiçilər” əsərinin variantı hesab olunur. İlk dəfə 2024-cü ildə Rusiya Muzeyində Vasnetsovun anadan olmasının 175-ci ildönümünə həsr olunmuş rəsm əsəri hərracdan sonra yeni sahibinə təhvil veriləcək.

Moskva Hərrac Evinin rəsmilərinin sözlərinə görə, rəsmdəki bəzi yazılar və bədii detallar əsərin Vasnetsova aid olduğunu müəyyənləşdirməyə kömək edib. Mütəxəssislər ilkin ehtimallar arasında İvan Kramskoy, İlya Repin və Vasili Polenov kimi rəssamların olduğunu düşünsələr də, müayinələr nəticəsində əsərin mütləq Vasnetsova məxsus olduğu təsdiqlənib.

Vasnetsovun əsəri ilə yanaşı, İvan Aivazovskinin 1867-ci ildə çəkdiyi “Öküzlə mənzərə” tablosu da hərracda satışa çıxarılacaq. Bundan əlavə, Kuzma Petrov-Vodkinin tikanlı məftilli Məsih adlı əsəri 40 milyon rubl başlanğıc qiyməti ilə alıcıları gözləyəcək. Hərracda 140-dan çox sənət əsəri satışa çıxarılacaq və bu əsərlərin ümumi dəyərinin 1,5 milyard rubla çatacağı gözlənilir.

Избранный
48
hafta.az

1Источники