RU

101 yaşlı general saxlanıldı - Dövlət çevrilişi cəhdində ittiham olunur

Hurriyyet.az xəbər verir ki, Rumıniyada 101 yaşlı general dövlət çevrilişinə cəhd məsələsi ilə əlaqədar saxlanılıb. 

Dövlət çevrilişi cəhdi ittihamı ilə ümumilikdə 6 nəfər həbs edilib. Onların arasında ehtiyatda olan 101 yaşlı general-mayor da var. Prokurorluğun məlumatına görə, həmin qrupun üzvləri siyasi sabitliyin pozulması və müdafiənin zəifləməsi yolu ilə ölkənin suverenlyini pozmağa cəhd ediblər. İstintaqın məlumatına görə, qrupun 2 üzvü iki dəfə Moskvaya səfər edib və onların planını dəstəkləməyə hazır olan şəxslərlə görüşüb. Təşkilat 2023-cü ildə fəaliyyətə başlayıb və özüün hərbi strukturu olub.

Saxlanılanlar arasında Ştefan Meteesku və Adrian Robertin Dina var - onlar bundan əvvəl Rusiya hərbi attaşesi ilə birlikdə tədbirdə olublar. Sonra diplomatlar Rusiyadan Rumıniyaya qovulublar.

Medianın verdiyi xəbərə görə. ittiham edilənlər arasında 101 yaşlı keçmiş təyyarəçi Radu Teodoru da var. O, Rumıniyanın NATO-dan çıxması, Rusiya, Çin və İranla yaxınlaşmasının tərəfdarı kimi çıxışlar edib.

Hürr Tərcüman

Избранный
13
hurriyyet.az

1Источники