RU

Paşinyan onları HƏDƏLƏDİ: “Əgər məğlub olsam…”

Paşinyan “Mülki Müqavilə” partiyasının üzvlərini Gümrüdəki seçkilərdə uduzacaqları təqdirdə cəzalandıracağı ilə hədələyib.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

“Hakim komanda martın 30-da Gümrüdə keçiriləcək seçkilərdə qələbənin təmin olunmasına çalışır. Gümrüdəki partiya üzvlərinə ciddi xəbərdarlıq edilib. Əgər məğlub olsalar, hamısı cavab verməli olacaqlar. Ancaq məsələ burasındadır ki, Gümrünün hakim partiya strukturunun nümayəndələri isə yumşaq desək, bir-birini didirlər. Karen Saruxanyan və Sarik Minasyan bir-biri ilə çətin ünsiyyət qururlar. Partiya üzvlərinin böyük bir qrupu Anna Akopyanın qohumu, əslində Sarik Minasyanın əvəzedicisi olan Vaaqn Mkrtçyanla anlaşa bilmir. Amma şəxsiyyətlərarası münasibətlərə görə seçkidə uduzacağı təqdirdə Paşinyan hamının cəzalandırılacağını və mövqelərini itirəcəyini bildirib”, – nəşr vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Избранный
16
konkret.az

1Источники