RU

Antarktikada ozon dəliyi bitişir

Yazını böyüt
Yazını kiçilt

Alimlər Antarktika üzərindəki ozon dəliyinin insan səyləri sayəsində sağaldığını təsdiqləyiblər.

Hafta.az-ın “IFL Science”a istinadən yazdığına görə, stratosferdə təbii olaraq yaranan ozon Yeri Günəşin zərərli ultrabənövşəyi (UV) şüalarından qoruyan bir növ günəş kremi kimi çıxış edir.

1985-ci ildə Antarktika üzərindəki ozon təbəqəsində sentyabr-dekabr ayları arasında açılan və Cənub yarımkürəsinin yaz dövrünə təsadüf edən "dəlik" aşkar edildi. Bu mövsümi ozon təbəqəsi ultrabənövşəyi şüaların birdən-birə səthə süzülməsinə imkan verir və dəri xərçəngi kimi sağlamlıq problemlərinə səbəb olur.

Bu dövrdə ABŞ Milli Okean və Atmosfer İdarəsində çalışan alim Susan Solomon və komanda yoldaşları Antarktikada apardıqları araşdırmalar nəticəsində ozon dəliyinin xloroflorokarbonlardan (CFC) əmələ gəldiyini müəyyən etdilər. Daha sonra 197 ölkənin imzaladığı Monreal Protokolu çərçivəsində ozon təbəqəsini məhv edən materialların mərhələli şəkildə yasaqlamaq qərara alınıb. CFC-lər soyuducu sistemlər, kondisionerlər və aerozol spreyləri kimi sahələrdə istifadə edilib.

Son illər aparılan araşdırmalar ozon dəliyinin daraldığını göstərsə də, xüsusən sentyabr ayında alimlər bunlara ehtiyatla yanaşırdılar.

Solomon daralmanın CFC-lərin azalması, yoxsa El Nino və qütb burulğanı kimi havadakı təbii proseslərdən qaynaqlandığını müəyyənləşdirməyin çətinliyini qeyd edir. Bu səbəbdən bəzi elm adamları sağalmanın düşündüyü kimi getmədiyini deyirlər.

Massaçusets Texnologiya İnstitutunun (MIT) doktorantı Peydonq Vang deyir: "Ozonda statistik əhəmiyyətli artımı aşkarlamaq nisbətən asan olsa da, bu dəyişiklikləri xüsusi amillərlə əlaqələndirmək daha çətindir".

“Nature” jurnalında dərc olunan araşdırmada, Vanq, Solomon və onların həmkarları bu büzülmənin həqiqətən də ozon təbəqəsini məhv edən materialların deaktivasiyası nəticəsində baş verdiyini müəyyən ediblər. Alimlər Yer atmosferinin simulyasiyalarını yaradaraq müxtəlif ssenariləri sınaqdan keçiriblər. Bununla da onlar seyrəlmənin havanın təbii dəyişməsi ilə bağlı olub-olmadığını anlamağa çalışıblar. Məsələn, onlar istixana qazlarında və ya ozon təbəqəsini parçalayan maddələrdə artımın olmadığı ssenariləri araşdırdılar. Onlar həmçinin yalnız bu maddələrin azaldığı və ya istixana qazlarının artdığı simulyasiyalar həyata keçirdilər.

Komanda daha sonra bunları 2005-ci ildən bu günə qədər Antarktida ozon dəliyinin real peyk müşahidələri ilə müqayisə edib.

Tapıntılar Antarktikadakı ozon dəliyinin cəmiyyətlərin səyləri sayəsində sağaldığını təsdiqləyib. "95 faiz əminliklə deyə bilərik ki, nəticələr dəliyin sağaldığını göstərir. Bu, əladır. Bu, həqiqətən ekoloji problemləri həll edə biləcəyimizi göstərir", - Solomon deyir.

Tədqiqatçılar hesab edirlər ki, proses bu şəkildə davam edərsə, 10 il ərzində dəlik tamamilə yox ola bilər.

Избранный
40
hafta.az

1Источники