RU

Sürücüsü olmayan avtobus yoldan çıxıb bulvara girdi

Bu gün paytaxtın Səbail rayonu ərazisində avtobus qəzası baş verib.

Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Neftçilər prospektində sükanı arxasında sürücünün olmadığı “Daewoo” markalı avtobus qəfil hərəkətə başlayıb. Nəticədə idarəetmədən çıxan nəqliyyat vasitəsi Bakı bulvarının məhəccərini dağıdaraq park ərazisinə daxil olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qəza yerindən görüntüləri təqdim edirik:

Избранный
62
6
publika.az

7Источники