RU

Diabetin gəzərkən fərq edə biləcəyiniz 4 xəbərdaredici əlaməti

Diabetin gəzərkən fərq edə biləcəyiniz

Gəzinti gündəlik həyatımızın ayrılmaz hissəsidir. Lakin bu adi fəaliyyət zamanı bədəninizdə əvvəllər hiss etmədiyiniz dəyişikliklər baş verirsə, bu, diabetin ilkin əlamətlərindən xəbər verə bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, diabet qan şəkərinin səviyyəsinə, qan dövranına və sinir sisteminə təsir edərək bəzi incə, lakin mühüm simptomlara səbəb ola bilər.

1. Qıcıqlanma və uyuşma

Ayaqlarda və barmaqlarda yanma, karıncalanma və ya "iynə batırmış" hissi diabetin erkən əlamətlərindən biri olan periferik neyropatiyaya işarə edə bilər. Bu simptomlar zamanla güclənə və ayaqlarda həssaslığın azalmasına səbəb ola bilər.

2. Kramp və ağrılar

Qısa məsafə getdikdə ayaqlarda sıxılma və ya kramplar hiss edirsinizsə, bu, qan dövranının zəiflədiyini göstərə bilər. Diabet damarların daralmasına səbəb olaraq, ayaqlara qan axınını məhdudlaşdırır və bu da hərəkət zamanı ağrıya yol açır.

3. Tez yorulma

Qısa bir gəzintidən sonra həddindən artıq yorğunluq hiss etmək qan şəkərinin qeyri-sabitliyindən qaynaqlana bilər. Həm yüksək, həm də aşağı qan şəkəri bədəndə enerji çatışmazlığı yaradaraq davamlı yorğunluq hissinə səbəb ola bilər.

4. Ayaq və biləklərdə şişkinlik

Diabet böyrəklərin funksiyasına təsir edərək, artıq mayenin bədəndə yığılmasına səbəb ola bilər. Əgər gəzinti sonrası ayaqqabılarınız daralırsa və ya ayaqlarınız şişirsə, bu, maye tutulmasının əlaməti ola bilər.

Bu niyə baş verir?

Diabet sinirləri qidalandıran qan damarlarına ziyan vuraraq onların funksiyasını zəiflədir. Zamanla bu, hissiyyatın azalmasına və ayaqlarda yaranan kiçik zədələrin fərq edilmədən böyüməsinə səbəb ola bilər. Rahat və uyğun ayaqqabılar geyinmək, ayaqları mütəmadi olaraq yoxlamaq infeksiyaların qarşısını almağa kömək edə bilər.

Nə etməli?

Bu əlamətləri hiss etdikdə onları izləyin və mütəmadi qan şəkəri yoxlamaları aparın. Həkimlə məsləhətləşmək erkən diaqnoz və müalicə üçün vacibdir. Mütəmadi məşq, balanslı qidalanma və stressin idarə olunması diabetin nəzarətdə saxlanmasına kömək edə bilər.

Qeyd: Məqalə yalnız məlumat məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyil.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Избранный
16
e-saglam.az

1Источники