Bakı. Trend:
Cari ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığortaşirkətləri tərəfindən tibbi sığorta üzrə 5 milyon manat sığortaödənişi edilib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə1,2 milyon manat, yaxud da 20,2% azdır. Belə ki, 2024-cü ilin ilkayı ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləritərəfindən tibbi sığorta üzrə 6,2 milyon manat sığorta ödənişiedilib.
Yanvarda bu sığorta sinifi üzrə toplanmış sığorta haqqlarınınhəcmi isə 58,3 milyon manat təşkil edib ki, bu da, illik müqayisədə6,2 milyon manat və ya 11,9% çoxdur. Ötən ilin yanvar ayındaAzərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən tibbisığorta üzrə 52,1 milyon manat sığorta haqqları toplanıb.
Bəhs olunan dövrdə bu sığorta növü üzrə toplanılmış hər 100manat sığorta haqqından 8,5 manat sığorta ödənişi edilib ki, bu da,illik müqayisədə 3,5 manat azdır. Ötən ilin müvafiq dövründə buməbləğ 12 manat idi.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı sığortaşirkətlərinin xətti ilə 163.7 milyon manat sığorta haqqı yığılıb.Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Eynizamanda, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərininxətti ilə 47.6 milyon manat sığorta ödənişi edilib ki, bu daəvvəlki ilin eyni dövrü ilə müqayisədə 22.8% artım deməkdir.