RU

Daha bir nəfər spirtdən zəhərlənərək öldü

Beyləqanda 29 yaşlı kişi spirtdən zəhərlənərək ölüb.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə Beyləqan rayonu Kəbirli kəndində qeydə alınıb. Kəbirli kənd sakini Səyyad Vəlizadə spirt qəbul edib. Yaxınları S.Vəlizadəni Beyləqan Mərkəzi Xəstəxanasına çatdırmağa çalışsa da o yolda həyatını itirib.

Qeyd edək ki, S,Vəlizazə evli olub, 1 övladı var.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Избранный
27
6
milli.az

7Источники