RU

Əsədin tərəfdarları Suriyada bu ərazini ələ keçirdi

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin tərəfdarları Latakiyanın şərqində M4 magistralındakı Əl-Muxtariyyə körpüsünü tutublar.

Axar.az xəbər verir ki, bu barədə ərəb mətbuatı məlumat yayıb.

Qeyd edək ki, ötən gün Əsəd tərəfdarları ilə Suriya Təhlükəsizlik İdarəsinin əməkdaşları arasında baş verən toqquşmada 48 nəfər ölüb. Bu gün Suriya hökumətinə tabe olan silahlı qüvvələr keçmiş prezident Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələrlə mübarizə aparmaq üçün Latakiya və Tartus şəhərlərinə daxil olub.

Избранный
25
27
axar.az

10Источники