RU

“Azəriqaz” aparıcının iddiasını cavablandırdı

Teleaparıcı Zamirə Dadaşovanın "Azəriqaz"dan şikayəti araşdırılıb.

 

"Cebheinfo.az" azxeber.com-a istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında ünvanına qəbzləri paylaşıb.

Teleaparıcı qaz sayğacının sıfırlanmalı olduğu halda limiti keçməsi ilə bağlı gələn bildirişdən hiddətlənərək "Azəriqaz" rəhbərini sərt tənqid edib:

"Niyə bu xalqı sevdikləri, canlarını belə verməyə hazır olduqları dövlətdən iyrəndirirsiniz? Əgər mənim 100-200 manatıma qalmısınızsa, gəlin, istəyin, verim. Mənim kimi 100-lərlə insan var bu özbaşnalıqla üz-üzədir. Deyendə də bizi borclu çıxarırlar”.

"Azəriqaz" İstehsalat Birliyinin açıqlamasına görə, platformada problem olduğu üçün cari istifadə sonrakı ayın sərfiyyatına əlavə olunmaqla hesablanıb:

"Abonentin müraciəti araşdırılıb. Araşdırma zamanı məlum olub ki, sayğac göstəriciləri götürülüb, lakin proqram tərəfində problem olduğundan cari istifadə sonrakı ayın sərfiyyatına əlavə olunmaqla hesablanıb. Bu səbəbdən düzəliş olunması üçün müvafiq komissiyaya müraciət edilib.  Abonentə də eyni qaydada izah verilib. Düzəliş olunduqdan sonra yeni bildiriş istehlakçıya təqdim olunacaq".

"Cebheinfo.az" 

Избранный
21
5
cebheinfo.az

6Источники