RU

Qəzzadan sürgün qəbuledilməzdir - Fidan

BAKI, TurkicWorld

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurası İsrailin Fələstin xalqına qarşı davam edən təcavüzünü və onların öz torpaqlarından qovulması çağırışlarını müzakirə etmək üçün Ciddədə fövqəladə iclas keçirib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, toplantıda Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.

Diplomatik mənbələrə əsasən, nazir Hakan Fidan iclasda Qəzzadan fələstinlilərin sürgün edilməsinin qəbuledilməz olduğunu vurğulayıb. O bildirib ki, bu addım beynəlxalq hüquqa ziddir və bunun əvəzinə, Qəzzanın yenidən qurulmasına fokuslanmaq lazımdır. Türkiyə, Qahirədə keçirilən Fövqəladə Ərəb Liqası Zirvəsi çərçivəsində qəbul edilən planı tam dəstəkləyir.

Bununla yanaşı, iclas çərçivəsində nazir Fidan Xorvatiyanın Xarici və Avropa İşləri naziri Qordan Qrliç Radman ilə görüşüb. Görüşdə Avropanın təhlükəsizlik arxitekturası müzakirə edilib. Fidan bildirib ki, “Avropanın təhlükəsizliyinə uzunmüddətli və strateji yanaşma tələb olunur və bu kontekstdə davamlı təhlükəsizlik ancaq Türkiyənin iştirakı ilə mümkündür.”

Qeyd edək ki, İƏT, Fələstin məsələsində İsrailin hərbi hücumlarını və bölgədəki humanitar vəziyyəti müzakirə etmək üçün son aylar ərzində bir neçə dəfə fövqəladə toplantılar keçirib.

Избранный
10
turkic.world

1Источники