RU

"Azərbaycan qadını hər sahədə özünü göstərir və ölkəsinin inkişafında mühüm rol oynayır" -Vəfa Abbasova

Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şuranın sədr müavini Vəfa Abbasova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə QHT.az-a verdiyi açıqlamada Azərbaycan qadınının cəsur, mərd və həyatda hər yerdə öz mövqeyini quran bir sima olduğunu vurğulayıb.

Vəfa Abbasova Azərbaycan qadınının tarix boyunca Həcərlər, Nigarlar, Xurşudbanu Natavanlar və müasir dövrün igid qadınları ilə zəngin bir irsə sahib olduğunu bildirib:

“Azərbaycan qadını ictimai-siyasi həyatında böyük rolu olan bu gün məhz elə ona görə də ilk azərbaycanlı qadındır ki, opera yazıb, ilk azərbaycanlı qadındır ki, Uzun Həsənin anası, diplomat qadın olub. Məhz bu cür xanımlar bu gün Azərbaycanın müasir Azərbaycan qadınlarına tarixdən gələn örnəklərdir və bu gün Azərbaycan qadını sözünü bütün tribunalardan deməyə hazırdır və artıq deyir: Bu gün Azərbaycan qadını var ki, tibb sahəsində müəllim, mühəndis, evdar sənətkar, Azərbaycan qadını bütün sahələrdə özünü göstərir. Azərbaycan qadını hər yerdə özünü güdür. Bu gün Azərbaycanın ictimai-siyasi arenasında olan xanımlar var ki, bu gün Azərbaycan siyasətində öz sözünü deyir və Azərbaycan qadını arxasınca apara bilən qadın ordusunun, demək olar ki, aparıcı qüvvəsi Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva, istər Azərbaycanın daxili, istərsə də xarici siyasətində öz rolunu oynayır”.

Vəfa Abbasova Azərbaycan qadınının 44 günlük Vətən müharibəsindəki fədakarlığından da bəhs edib:

“Mehriban xanımın Azərbaycan muğamının tənəzzülə uğradığı bir vaxtda Azərbaycan muğamına nəfəs verdiyini, Azərbaycan qadını Mehriban Əliyevanın UNESCO-da Azərbaycanın tamaşalarını, Arşın mal alanın 100 illiyini qeyd etməsini xatırlayırıq. Azərbaycanın Novruz bayramı məhz Mehriban xanımın təşəbbüsü ilə dünyada qeyd olundu. Bu o deməkdir ki, Azərbaycan qadını istər ailəsində, istərsə də siyasi arenada sözünü deyə bilir. Və mən hərdən düşünürəm ki, bu günləri Azərbaycan qadını, 44 günlük Vətən müharibəsində həyat yoldaşının arxasında durmaq, oğullarının arxasında durmaq, həyat yoldaşlarını sevə-sevə yola salmaq, qardaşının yanında duran Azərbaycan qadınları oldu. Bu gün Azərbaycan qadını 44 günlük Vətən müharibəsində məhz arxada hazır olan bir əsgər oldu və həmin o əsgərlər ki, bu günləri Azərbaycan qadınının rahat yaşaması üçün canlarını fəda etdi. Şəhid anaları mənim üçün qəhrəmandır. Şəhid anaları da bizim üçün əziz və doğmadır”.

Qadın təşkilatlarının fəaliyyətindən də danışan Vəfa Abbasova 75 min üzvü olan 106 yaşlı Azərbaycan Qadın Xeyriyyə Cəmiyyətinin uzun illərdir ölkənin ictimai və siyasi həyatında fəal olduğunu vurğulayıb:

“Bu gün Azərbaycan qadını Milli Məclisdə çoxluq təşkil edir. Milli Məclisdə Azərbaycan qadını daha çox təmsil olunmağa başlayır və bu da o deməkdir ki, Azərbaycan qadını artıq sözünü deməyi bacarır. Azərbaycan qadını hər zaman olduğu kimi, ölkəsinin, dövlətinin ictimai və siyasi həyatında öz rolunu göstərir. Bu gün Azərbaycan qadınını təmsil etdiyi bir təşkilatda 75 mindən artıq üzvü olan, 106 yaşı olan bir qadın təşkilatında fəaliyyət göstəririk və həmin o qadın təşkilatıdır ki, 90-cı illərdən deyil, 1919-cu ildən Azərbaycanda daxili siyasi ölkədə bütün dövrlərdə öz fəallıqlarını göstəriblər. Bu gün Azərbaycanda qeyri-hökumət təşkilatlarında xanımlar da çoxluq təşkil edib. Və bu xanımlar da qeyri-hökumət təşkilatı olaraq ölkədə gedən bütün ictimai və siyasi proseslərdə iştirak edirlər və onların da çox gözəl nəticələri var. Əbəs yerə deyil ki, bu gün hökumət təşkilatlarının rəhbəri belə xanımdır”.

Sonda Vəfa Abbasova Azərbaycan qadınının hər zaman ölkəsinin inkişafı üçün fəaliyyət göstərdiyini və dövlətin bütün qurumlarında təmsil olunduğunu bildirib.

 

Pərvanə Fərhadqızı

QHT.az

Избранный
39
qht.az

1Источники