RU

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI, RƏQƏMLƏR

Azərbaycanda fevral ayı üzrə ən çox istifadə olunan sosial şəbəkələrin statistikası məlum olub.

FED.az biznes və maliyyə xəbərləri protalı  “Statcounter” beynəlxalq şirkətinə istinadən xəbər verir ki,  7 əsas sosial şəbəkə içərisində Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə “İnstagram” olub. Sosial şəbəkənin Azərbaycandakı payı 41,25% təşkil edib.

Bu göstərici əvvəlki ay ilə müqayisədə 5,2 faiz, ötən ilin fevral ayı ilə müqayisədə isə 9,24 faiz çoxdur.  Qeyd edək ki, yanvar ayında “İnstagram” 36,05%, ötən ilin fevralında 32,01% paya malik idi.
“Facebook” sosial şəbəkəsi populyarlığına görə ikinci pillədə qərarlaşıb. Sosial şəbəkənin Azərbaycan üzrə payı fevral ayı üzrə 21,65%-ə bərabər olub. Bu da aylıq  4,17%, illik  isə 5,42 faiz azalma deməkdir.
 Siyahıda üçüncü yeri tutmuş “Pinterest”in payı fevral ayında 17,44%-ə bərabər olub. Bu da aylıq 1,3%, illik müqayisədə isə 2,8% çoxdur.
“Youtube” platforması aktivliyinə görə dördüncü yerdə dyanıb. Onun bazar payı son bir ayda 1,95%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 4,07% azalaraq 11,43% düşüb.
Beşinci sırada 4,04% paya malik olan X (keçmiş “Twitter”) gəlir. Platformanın Azərbaycandakı populyarlığı bir ay ərzində 1,01%, son bir ildə isə 2,41% azalıb.
“Reddit” sosial şəbəkəsinin Azərbaycandakı payı 1,83% təşkil edib. Bu da ay ərzində 0,08% azalma, il ərzində isə 0,28% artım deməkdir.
“Linkedn” platformasının payı isə yanvar ayına nəzərən 0,54% ötən ilin eyni dövrünə nəzərən isə 0,19% artaraq 1,45%-ə yüksəlib.

Избранный
14
fed.az

1Источники