RU

Rusiyanın İrəvandakı səfirinin qəribə bəyanatı: Minsk Qrupu "oyun"una cəhd edilir

Bakı. Trend:

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin gözlənilmədənATƏT-in Minsk qrupunun ətrafında yaranmış vəziyyətin "dəyişdiyini"bəyan etdi. Bu açıqlama geniş rezonans doğurdu, çünki hələ yaxınvaxtlara qədər Moskva bu formatın tamamilə aktuallığını itirdiyiniisrarla vurğulayırdı.

"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mandatı verilmişATƏT-in Minsk qrupu de-fakto fəaliyyət göstərmir", – S.Kopırkinbəyan etdi. O, Qərb həmsədrlərinin rusiyalı həmsədr ilə işləməkdənimtina edərək onu fakt qarşısında qoyduğunu xatırlatdı.

"İndi vəziyyət, əlbəttə, dəyişib. Minsk qrupunun hansı formatdaişləyə biləcəyini təsəvvür etmək çətindir. Çünki bir həmsədr açıqşəkildə rusofob mövqe tutur, digəri isə Rusiya ilə bağlı mövqeyiniyenidən dəyərləndirir. Üstəlik, Minsk qrupunun fəaliyyət göstərməsiüçün bütün tərəflərin razılığı olmalıdır. Birbaşa prosesə cəlbolunan ölkələr bununla bağlı razılığa gəlməlidir", – deyə Rusiyadiplomatı bildirib.

O, eyni zamanda vurğuladı ki, regionun məsələləri məhz regionölkələr tərəfindən həll olunmalı, kənar qüvvələrin müdaxiləsiolmamalıdır. Bu, Cənubi Qafqazda gedən proseslərin təhrifolunmasının qarşısını almaq üçün vacibdir.

Xatırladaq ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə Qarabağətrafında baş verən Ermənistan-Azərbaycan münaqişəsinintənzimlənməsi məqsədilə yaradılmışdı. 30 il ərzində o, heç bir realnəticəyə nail olmadı və münaqişənin həlli üçün effektiv mexanizmtəklif edə bilmədi. 2020-ci ildə 44 günlük müharibədən sonraAzərbaycan ərazi bütövlüyünü bərpa etdikdə, bu formatın zəruriliyitamamilə aradan qalxdı.

2022-ci ilin dekabrında Rusiya Xarici İşlər Nazirliyinin rəsminümayəndəsi Mariya Zaxarova bəyan etdi ki, məhz ABŞ və FransaMoskva ilə əməkdaşlıqdan imtina edərək Minsk qrupunu faktiki olaraq"dəfn etdilər": "Vaşinqton və Paris əsassız bəhanələrlə Moskva iləəməkdaşlıqdan imtina etdilər. Onlar əslində Minsk qrupunu məhvetdilər".

2023-cü ilin yazında Rusiya diplomatiyası bu formatın tamamiləaktuallığını itirdiyini təsdiqlədi, 2024-cü ilin dekabrında isəZaxarova bir daha vurğuladı ki, "Minsk qrupunun mandatıtükənib".

Bu bəyanatların fonunda Moskva açıq şəkildə Bakı və İrəvandanATƏT-ə müraciət edərək Minsk qrupunun buraxılmasını tələbetmələrini istədi. Azərbaycan uzun müddətdir prinsipial mövqenümayiş etdirərək bu formatın müasir geosiyasi reallıqlara heç biraidiyyəti olmadığını bildirirdi. İrəvan isə əvvəlcə bu addımdançəkinirdi, lakin zaman keçdikcə Azərbaycanın mövqeyinin əsaslıolduğunu etiraf etməyə başladı.

Rusiyalı səfirin gözlənilməz bəyanatı müəyyən mənada maraqlıdır,çünki əgər Moskva uzun müddətdir Minsk qrupunun "öldüyünü" bəyanedirdisə, indi niyə onun müzakirə obyekti olması ehtimalı ortayaçıxır?

Görünür, Moskva bu minvalla Ermənistana və ABŞ-yə təzyiq etməkniyyətindədir. Rusiya Minsk qrupu mövzusundan Ermənistan üzərindətəzyiq vasitəsi kimi istifadə edə bilər. Çünki İrəvan getdikcə dahaçox Qərbə doğru istiqamətlənir. Bundan əlavə, bu bəyanat Vaşinqtonabir mesaj kimi də dəyərləndirilə bilər: Moskva yalnız öz şərtləriəsasında regional məsələləri müzakirə etməyə hazır olduğu barədəmessic verir.

ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda getdikcə möhkəmlənir vəyeni danışıqlar formatları təklif edir. Belə vəziyyətdə Moskvatəşəbbüsü öz əlinə almaq və bu regionda hələ də təsir imkanlarınamalik olduğunu xatırlatmaq istəyir.

O da mümkündür ki, Kopırkinin bəyanatı Moskva ilə Vaşinqtonarasında yeni beynəlxalq şəraitdə kəsişmə nöqtələri tapmaq cəhdikimi dəyərləndirilə bilər. Fəqət ABŞ-nin Minsk qrupunun bərpasınarazılıq verəcəyi ehtimalı olduqca azdır, çünki onlar bu formatdanimtina edən tərəf idi.

Ermənistanın özündə isə ATƏT-in artıq tarixə qovuşan Minsk qrupuməsələsi ilə bağlı ciddi daxili fikir ayrılığı yaratmağa davamedir. Sözügedən məsələ ölkənin müxtəlif siyasi qüvvələri arasındadərin parçalanmanın göstəricisinə çevrilib. Baş nazir NikolPaşinyanın rəhbərlik etdiyi rəsmi İrəvan getdikcə daha çoxAzərbaycanın mövqeyi ilə razılaşır və bu formatın artıq öz rolunuitirdiyini qəbul edir. Amma Rusiya yönlü və müxalif qüvvələr,xüsusilə Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Minskqrupunun formal buraxılmasına kəskin şəkildə qarşı çıxır.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsində məğlubolduqdan sonra Nikol Paşinyanın hökuməti xarici siyasət vədiplomatik prioritetlərini yenidən nəzərdən keçirmək zərurəti iləüzləşdi. Ermənistan, Rusiyaya olan ənənəvi bağlılığına baxmayaraq,Qərblə fəal şəkildə yaxınlaşmağa başladı və Azərbaycanın ərazibütövlüyünü tanımağa doğru məcburi addımlar atdı.

Müxtəlif beynəlxalq platformalarda Ermənistanın rəsminümayəndələri açıq şəkildə bəyan etdilər ki, ATƏT-in Minsk qrupuəvvəlki aktuallığını itirib. Üstəlik, Ermənistan rəsmiləri Qərbtərəfdaşları ilə görüşlərdə Minsk qrupunu xatırlamaqdan çəkinir, buisə faktiki olaraq bu mexanizmin artıq işləklik qabiliyyətinə malikolmadığını etiraf etmək deməkdir.

Paşinyanın Minsk qrupunu dəstəkləməsi əslində ermənilərin özləriüçün risklər yaradır. Belə ki, kollektiv Qərb bu formata maraqgöstərmir. Ermənistan ABŞ və Avropa İttifaqının dəstəyini qazanmağaçalışır, halbuki Vaşinqton və Brüssel Minsk qrupundan imtina edib.Bu formatın dəstəklənməsi Ermənistan-Qərb münasibətləriniçətinləşdirə bilər. Ermənilər onu da unutmasınlar ki, rəsmiİrəvanın ümidlərinə baxmayaraq, Minsk qrupu 2020-ci ilmüharibəsinin qarşısını almaq üçün heç bir real addım atmadı. Bu,hətta Ermənistan hakimiyyəti daxilində də bu mexanizmə olan etimadısarsıtdı.

Hazırda Ermənistan və Azərbaycan arasında əsas danışıqlarplatforması birbaşa təmaslar, eləcə də Avropa İttifaqı və ABŞ-ninvasitəçiliyidir. Moskva da bu prosesdə rolunu qorumağa çalışır,lakin Minsk qrupu artıq bu danışıqlara daxil edilmir.

Rəsmi İrəvandan fərqli olaraq, Ermənistanın Rusiya yönlüqüvvələri Minsk qrupunun təzyiq vasitəsi kimi qorunub saxlanmasınıisrarla tələb edirlər. Bu mövqenin əsas təbliğatçılarından birikeçmiş prezident Robert Köçəryandır. O, Kremlin yaxın müttəfiqikimi tanınır və Qarabağ məsələsində sərt mövqeyi ilə seçilir.

Robert Köçəryan bu yaxınlarda bəyan etmişdi: "Minsk qrupununburaxılması danışıqlar prosesinə düzəlməz ziyan vuracaq. Bu formathər nə bahasına olursa-olsun qorunmalıdır".

Beləcə, Köçəryan, Minsk qrupundan uzun illər diplomatik vasitəkimi istifadə edərək danışıqları uzatmağa və status-kvonu qorumağaçalışan köhnə erməni elitasının nümayəndəsidir. ErmənistandakıRusiya yönlü qüvvələr Moskvanın maraqları çərçivəsində hərəkətedirlər və Minsk qrupunu Cənubi Qafqazda potensial təsir vasitəsikimi saxlanmasını istəyirlər. Eyni zamanda, Bakı və İrəvan arasındagedən danışıqlara təsir cəhdi də aşkardır. Minsk qrupunun ləğviErmənistanın keçmiş hakimiyyətinin 30 il ərzində yürütdüyüsiyasətin tam iflasa uğradığını rəsmən etiraf etmək demək olardı.Köçəryan və onun ətrafı üçün bu, siyasi baxımdanqəbuledilməzdir.

Paşinyanın komandasının mövqeyi ilə müxalifətin yanaşmasıarasındakı ziddiyyətlər Ermənistanın ümumi daxili siyasi böhranınıəks etdirir. Hakimiyyət yeni geosiyasi reallıqlara uyğunlaşmağaçalışırsa, Rusiya yönlü müxalifət Ermənistanı Kremlin orbitindəsaxlamaq üçün köhnə siyasi mexanizmlərdən istifadə etməyəçalışır.

Reallıqsa ondan ibarətdir ki, Minsk qrupu çoxdan öz aktuallığınıitirib. Ermənistan bunu qəbul etməyə məcburdur, hətta ölkədaxilindəki müəyyən siyasi dairələr bu labüdlüyə müqavimətgöstərməyə çalışsalar belə.

Azərbaycanın Minsk qrupu ilə bağlı mövqeyi birmənalı vəprinsipialdır: bu qurum tamamilə və rəsmi şəkildə ləğv edilməlidir.Minsk qrupunu danışıqlar prosesinə qaytarmaq cəhdləri Azərbaycanüçün ölkənin daxili işlərinə müdaxilə və tam iflasa uğramışbeynəlxalq mexanizmin süni şəkildə dirçəldilməsi kimiqiymətləndirilir.

Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılmasını tələbetməsinin bir neçə əsas səbəbi var.

ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılmışdı, lakin üç onillikərzində Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində heçbir real irəliləyiş əldə edə bilmədi. Bu qurumun əsas məqsədimünaqişənin dinc yolla tənzimlənməsinə kömək etmək idi, lakinnəticədə danışıqlar sadəcə uzadıldı, Ermənistan isə bu diplomatikqeyri-müəyyənlikdən istifadə edərək işğal etdiyi ərazilərdəmöhkəmlənməyə nail oldu.

2020-ci ildə 44 günlük Vətən müharibəsinin nəticəsindəAzərbaycan işğal altında olan torpaqlarını azad edərək BMTTəhlükəsizlik Şurasının illərlə icra olunmayan qətnamələrini yerinəyetirdi. Minsk qrupu isə bu qətnamələrin icrasına nail olmaq üçünheç bir real addım atmamışdı. Bu uğurlu hərbi və diplomatikprosesdən sonra Bakı artıq vasitəçilərin köhnəlmiş formatınaehtiyac duymadı, çünki Azərbaycanın ərazi bütövlüyü məsələsibirdəfəlik həll olundu.

Moskva özü Minsk qrupunun mənasız olduğunu qəbul edib. Sonillərdə məhz Rusiya Minsk qrupunun aktuallığını itirdiyini açıqşəkildə bəyan edirdi. 2022-ci ilin dekabrında Rusiya Xarici İşlərNazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ və Fransanın Minsk qrupuçərçivəsində əməkdaşlıqdan imtina etdiyini vurğuladı və bununnəticəsində bu qurumun faktiki olaraq mövcudluğunu dayandırdığınıbildirdi. Bu isə o deməkdir ki, hətta Minsk qrupunun həmsədrölkələrindən biri olan Rusiya da onun fəaliyyətinin mənasızlığınıqəbul edib.

Və ən nəhayət, Qərbin təsirini qorumaq cəhdi açıq görünür.Azərbaycan Minsk qrupunun yenidən gündəmə gətirilməsini Qərbin öztənzimləmə mexanizmlərini diqtə etməyə çalışması kimiqiymətləndirir. Bakı belə hesab edir ki, ATƏT və digər beynəlxalqqurumlar vasitəsilə keçmiş münaqişə ilə bağlı yeni formatlaryaratmaq cəhdi manipulyasiya xarakteri daşıyır və real vəziyyətiəks etdirmir. Azərbaycan açıq şəkildə bildirir ki, beynəlxalqdanışıqlar köhnəlmiş və heç bir nəticə verməyən mexanizmlərəsasında deyil, tamamilə yeni reallıqlar əsasındaaparılmalıdır.

Rusiya isə Minsk qrupundan İrəvana təzyiq vasitəsi kimi istifadəetmək variantını arxivə yollamayıb. 2020-ci ildə məğlub olduqdansonra Ermənistan Qərblə fəal şəkildə yaxınlaşmağa başladı. Moskvaisə bu prosesə qarşı çıxaraq öz təsirini qorumaq istəyir. Minskqrupunun müzakirəyə qaytarılması ilə bağlı verilən siqnal İrəvanamesaj ola bilər: Rusiya "köhnə formatı" nəzərdən keçirə bilər,lakin bunun üçün Ermənistanın Moskvanın maraqlarına sadiq qalmasılazımdır.

ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda fəallığını artırır,müxtəlif yeni danışıqlar formatları irəli sürür. Moskva isə bölgədətəsirini itirmək istəmir və Minsk qrupunu gündəmə gətirməklə Qərbəqarşı diplomatik manevr etməyə çalışır.

Moskva Azərbaycanı 2020-ci ildəki qələbəsini tanısa da, bəzianalitiklər hesab edirlər ki, Minsk qrupunun "canlandırılması"məsələsi Bakıya təzyiq vasitəsi kimi istifadə edilə bilər. Xüsusilədə Azərbaycanı Rusiyanın inteqrasiya layihələrinə cəlb etmək vəMoskvanın regional təsirini gücləndirmək məqsədilə.

Azərbaycanın prinsipial mövqeyi və Rusiyanın dəfələrlə Minskqrupunun aktuallığını itirdiyini bəyan etməsi fonunda bu formatınyenidən aktivləşdirilməsi ehtimalı son dərəcə aşağıdır. Bakı təkcəMinsk qrupunun formal şəkildə buraxılmasını tələb etmir, eynizamanda bütün beynəlxalq danışıqların artıq köhnəlmiş və nəticəverməyən mexanizmlərsiz, yeni reallıqlara uyğun aparılmalı olduğunuvurğulayır.

Bu səbəbdən də Rusiyanın Ermənistandakı səfirinin bəyanatı dahaçox diplomatik oyun kimi görünür. Minsk qrupu siyasi baxımdan"ölü"dür və müəyyən siyasi dairələrin onu yenidən gündəmə gətirməkcəhdlərinə baxmayaraq, bu formatın bərpası faktiki olaraqmümkünsüzdür.

Избранный
27
6
az.trend.az

7Источники