RU

İlon Maskın “Starship”  gəmisi növbəti sınaq buraxılışı zamanı partladı

İlon Maskın SpaceX “Starship” gəmisi sınaq buraxılışı zamanı partlayıb. Oxuməni.az bu barədə universemagazine.com-a istinadən xəbər verir.

Bu, səkkizinci sınaq buraxılışı idi.

Havaya qalxdıqdan sonra “Super Heavy” daşıyıcı raket buraxılış meydançasına qayıdıb, lakin gəminin özü və raketin ikinci hissəsi partlayıb.

“BBC” bildirir ki, təxminən 150 km hündürlükdə, buraxılışdan təxminən 10 dəqiqə sonra və reaktiv daşıyıcıdan ayrıldıqdan az sonra gəmi xaotik şəkildə fırlanmağa başlayıb, ondan qığılcımlar uçub, bundan sonra rabitə kəsilib.

Reaktiv daşıyıcı raket ABŞ-ın Texas ştatındakı Starbase start meydançasına təhlükəsiz eniş edib.

SpaceX, qəzanın səbəbini anlamaq üçün son buraxılışı təhlil edəcəyini söyləyib.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) “Starship” qalıqlarının düşməsi təhlükəsi səbəbindən Florida ştatının bir neçə hava limanında müvəqqəti uçuşlara məhdudiyyətlər qoyub.

Xatırladaq ki, İlon Mask Marsa beş “Starship” gəmisini ekipajsız buraxmağı planlaşdırır.

Yayın əvvəlində SpaceX-in “Starship” ay gəmisi 50 km yüksəklikdə idarəetməni itirdi, lakin Hind okeanına suyun üzərinə enməyi bacardı.

Almaz Həsənli

Избранный
16
oxumeni.az

1Источники