RU

“Starship” havada partladı - Mask ikinci raketini də itirdi

“SpaceX” şirkətinin “Starship” raketi cümə axşamı Texasdan buraxıldıqdan bir neçə dəqiqə sonra partlayıb. Raketdın qopan hissələr, Mayami və Filadelfiya da daxil olmaqla ABŞ-nin müxtəlif şəhərlərində uçuşların ləğvinə səbəb olub. 


Sfera.az "Sözcü" qəzetinə istinadən xəbər verir ki, Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, hava məkanında yaranan bu maneələr qısa müddət sonra aradan qaldırılıb. 

 

Hadisə, İlon Maskın kosmik texnologiya şirkətinin son iki ay ərzində partlayan ikinci “Starship” sınağı olub. Şirkət nümayəndələri, uçuş testi zamanı toplanan məlumatların araşdırılacağını və yaranan nasazlığın səbəblərinin müəyyən ediləcəyini söyləyib. ABŞ-nin Federal Uçuş Təhlükəsizliyi qurumunun sözçüsü, “SpaceX”dən qəzaya dair bir araşdırma aparmasını tələb etdiyini bildirib. 

 

Bəsti Rəfizadə
 

Избранный
39
sfera.az

1Источники