RU

Ərəb jurnalistlər mühakimə ediliblər

İranın Xuzistan əyalətinin Abadan şəhərinin İnqilab Məhkəməsində 3 ərəb jurnalistin məhkəməsi olub.

Bu barədə hüquq müdafiəçisi və vəkil Fərzanə Zilabi məlumat yayıb.

Məlumata görə, Mandana Sadiqi, onun həyat yoldaşı Rza Məhəmmədi və Arəş Qalagülab, "hökumətə qarşı təbliğat", "ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq" və "xarici düşmən ölkələrlə əlaqə"də günahlandırılıblar.

Jurnalistlərin vəkili F.Zilabinin sözlərinə görə, onlar bundan əvvəl ölkədə baş verən etiraz aksiyalarını ictimailəşdirdikləri və bölgə problemləri barədə ifşa edici yazılar yaydıqlarına görə cəzalandırılırlar.

Jurnalistlər barədə çıxarılacaq qərarın yaxın günlərdə elan ediləcəyi bildirilib.

Qeyd edək ki, hər üç jurnalist bundan əvvəl də, ölkədəki sosial, iqtisadi və siyasi məsələlərlər bağlı paylaşmlarına görə təqib və təzyiqlərlə üzləşiblər.

visiontv.az



Избранный
5
visiontv.az

1Источники