RU

Abşeronun neftçi qadınlarına həsr edilmiş film hazırlanıb VİDEO

Bakı, 7 mart, AZƏRTAC

Sabunçu və Suraxanı rayonlarında fəaliyyət göstərən hasilat şirkətləri “Balakhani Operating Company LTD”, “Surakhani Oil” və “AzGerNeft”də çalışan 700-yə yaxın qadın əməkdaşlarının nailiyyətlərini vurğulamaq məqsədilə 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Mədən Gülləri” adlı qısametrajlı film hazırlayıb.

AZƏRTAC xəbər verir ki, film həyatlarının uzun illərini neft və qaz hasilatı sahəsinə həsr edən, müxtəlif vəzifələrdə çalışan doqquz qəhrəmanın qısa hekayəsi üzərində qurulub.

“Balakhani Operating Company LTD” şirkətinin prezidenti Rövşən Rzayev neftçi qadınları bayram münasibətilə təbrik edib. O deyib ki, hasilat şirkətlərində çalışan qadın əməkdaşlar öz varlıqları, zəhməti və uğurları ilə neftçi peşəsinin tək kişilər yox, qadınlara da aid olduğunu hər gün sübut edirlər. Neftçi olmaqla yanaşı, onların hər biri filmdən də göründüyü kimi, həmçinin ana, həyat yoldaşı, öz övladlarına gözəl nümunədir. “Hazırda bir qrup qadın əməkdaşımız çalışdıqları şirkət hesabına ali təhsillərini davam etdirirlər. Peşəkar inkişaf yolunda onları həmişə dəstəkləməyə hazırıq”, - deyə o əlavə edib.

 

Избранный
86
7
azertag.az

8Источники