RU

Azərbaycanda boru kəmərləri ilə yük dövriyyəsinin həcmi məlum olub

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda boru kəmərləri ilə yükdövriyyəsinin həcmi 5,2 milyard ton-km olub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu göstərici əvvəlki ilin eyni dövrü iləmüqayisədə 390,8 milyon ton-km və ya 6,9% azdır.

Eyni zamanda hesabat dövründə boru kəmərləri ilə yükdaşınmasının həcmi isə 5,8 milyon tona bərabər olub ki, bu da2024-cü ilin yanvar ayı ilə müqayisədə 281,9 min ton və ya 4,6%azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayı ərzində Azərbaycanda yükvə sərnişin daşımaları əvvəlki ilin yanvar ayı ilə müqayisədəmüvafiq olaraq 5,5% və 7,9% artıb. Nəqliyyat sektorunda fəaliyyətgöstərən təsərrüfat subyektləri tərəfindən 18,4 milyon ton yükdaşınıb. Yüklərin 4,5%-i dəniz, 8,2%-i dəmir yolu, 0,2%-i hava,55,7%-i avtomobil nəqliyyatı ilə daşınıb.

Избранный
17
1
az.trend.az

2Источники