Demokrat.az “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Məlumat üçün deyək ki, Mehman Haşımov sakinlərdən biri tərəfindən inşa edilmiş yaşayış binasının su təchizatı və tullantı sularının axıdılması sisteminə qanunsuz qoşulması müqabilində 3 min manat rüşvət alıb.
Məhkəmə istintaqının sonunda prokuror təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə verilmiş ittihamdan imtina edib, onun 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə növündə cəzalandırılmasını istəyib.
İş materiallarına əlavə edilmiş sənəddə göstərilib ki, təqsirləndirilən şəxs xərçəng xəstəliyindən əziyyət çəkir.
Bundan əlavə, ailə şəraiti ilə bağlı əməlini yüngülləşdirən hallar var. Rasim Sadıqovun sədrlik etdiyi hakimlər qeyd olunan halları nəzərə alıb.
10Источники
-
news365.azMehman Haşımov HƏBSDƏN BURAXILDI ( 15906823)
-
bakivaxti.azMehman Haşımov HƏBSDƏN BURAXILDI ( 15906777)
-
avtosfer.azMehman Haşımov məhkəmə zalında həbsdən buraxıldı ( 15906735)
-
konkret.azMehman Haşımov həbsdən buraxıldı ( 15906421)
-
demokrat.azMehman Haşımov məhkəmə zalında həbsdən buraxıldı ( 15906375)
-
hit.azKeçmiş rəis müavininə şərti cəza verildi ( 15906377)
-
cebheinfo.azMehman Haşımov məhkəmə zalında həbsdən buraxıldı ( 15906029)
-
bizim.mediaMehman Haşımov məhkəmə zalında həbsdən buraxıldı ( 15906093)
-
reyting.azSabiq rəis müavini məhkəmə zalında həbsdən buraxılıb ( 15906013)
-
moderator.azRüşvət alan sabiq vəzifəli şəxs həbsdən buraxıldı ( 15905977)