"Qarabağ" klubunun əvəzedicilərdən ibarət komandasının üzvü Nihad Mollayev sərt cəzaya layiq görülüb.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı müdafiəçi AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiya edilib.
Buna səbəb futbolçunun martın 4-də "Sumqayıt-2"yə qarşı matçda yol verdiyi nöqsanlar olub. Belə ki, hələ 88-ci dəqiqədə sarı vərəqə alan N.Mollayev görüşün final fitindən sonra bütün hirsini hakimlərin üstünə töküb. O, FIFA referisi İnqilab Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadasını təhqir edib.
AFFA futbolçunu 4 oyunluq cəzalandırmaqla yanaşı, "Qarabağ"a 300 manat cərimə kəsib.
Qeyd edək ki, "Sumqayıt-2" ilə səfər matçı 1:1 hesablı bərabəliklə nəticələnib.