RU

"Algoritma” MMC-yə elektron pul lisenziyası verildi

Finss.az - Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 25 dekabr 2024-cü il tarixli qərarı ilə “Algoritma” MMC-yə elektron pul təşkilatı kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.

Bu barədə Mərkəzi Bank rəsmi məlumat yayıb. Bildirilib ki, ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi davam edir.

Ödəniş xidmətləri sahəsində təqdim olunan lisenziyalarla bağlı ən son məlumatlar Mərkəzi Bankın rəsmi internet səhifəsində dərc olunur.

Избранный
18
fins.az

1Источники