RU

Ombudsman vətəndaşları narahat edən məsələlərə diqqət çəkdi

Ombudsman Səbinə Əliyeva Milli Məclisə illik məruzəsini təqdim edərkən mənzil problemlərinə də diqqət ayırıb.

"Cebheinfo.az" xəbər verir ki, S.Əliyeva bildirib ki, vətəndaşların layiqli həyat şəraitinin və sosial bərabərliyin təmin edilməsində mənzil hüququnun əhəmiyyətli rolu var:

“Ölkəmizdə bu hüququn təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər sırasında əhali üçün maddi cəhətdən əlverişli olan yaşayış binalarının tikintisinə dəstək verilməsi xüsusi qeyd olunmalıdır. Bununla belə, mənzil hüququnun daha səmərəli təmin edilməsi məqsədilə güzəştli ipoteka kreditinin şərtlərinin yüngülləşdirilməsi, mənzil fondunun dövlət uçotu qaydasının təsdiq edilməsi prosesinin və çoxmənzilli binaların idarə edilməsi qaydasının müəyyən edilməsinin sürətləndirilməsi məqsədəmüvafiq hesab olunur.

Bir sıra şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla əlaqədar üzləşdikləri problemlərin aradan qaldırılması və onların öz hüquqlarından yetərincə istifadə etmələrinə şərait yaradılması məqsədilə özbaşına tikililərin və yeni tikililərdə olan mənzillərin dövlət qeydiyyatına alınması prosesinin sürətləndirilməsi də zəruridir”.

"Cebheinfo.az" 

Избранный
16
cebheinfo.az

1Источники