RU

Parlament Ombudsmanın məruzəsini qəbul etdi

Milli Məclis Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsini qəbul edib.

Publika.az xəbər verir ki, məruzəni qanunverici orqanda Ombudsman Səbinə Əliyeva təqdim edib.

O qeyd edib ki, ötən il Ombudsmanın ünvanına 29 min 371 müraciət daxil olub:

"Müraciətlərə baxılıb, araşdırmalar aparılıb, insanların üzləşdikləri problem və çətinliklərin həlli məqsədilə aidiyyəti dövlət qurumlarına müraciətlər edilib, pozulmuş hüquqların bərpası istiqamətində zəruri tədbirlər görülüb, həmçinin səlahiyyətli dövlət qurumlarına insan hüquqlarının səmərəli təmin edilməsinə və etibarlı müdafiəsinə yönəlmiş təklif və tövsiyələr təqdim olunub".

S.Əliyeva vurğulayıb ki, illik məruzədə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin təhlili əks etdirilməklə yanaşı, hüquq pozuntularının qarşısının alınması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyi, dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında səmərəli dialoqun və əməkdaşlığın dərinləşdirilməsi bir daha önə çəkilir:

Избранный
57
12
publika.az

10Источники