Finss.az - İlin əvvəlində Çində ixracatın artım tempi, mütəxəssislərin proqnozlarından xeyli aşağı düşərək, 2,3% olaraq qeydə alınıb.
Reuters-in keçirdiyi sorğuda gözlənilən 5%-lik artımın əksinə olaraq, bu, ötən ilin aprelindən bəri ən zəif artım olaraq tarixə düşüb. Yanvar-fevral dövrü ərzində, idxal isə 8,4% azalıb ki, bu da 2023-cü ilin iyul ayından bəri ən kəskin enişdir.
Analitiklər, zəif daxili tələbat və ABŞ-n tariflərinin Çin iqtisadiyyatına mənfi təsir etdiyini qeyd edirlər. Capital Economics-in analitiki Cülian Evans-Prichard bildirib ki, ötən dövrdə stimullarla dəstəklənən daxili tələbatın artımı artıq qismən tükənib.
Çin, 2024-cü ildə yeni tariflərlə bağlı daha sərt ticarət siyasəti tətbiq edib. Trampın ABŞ prezidentliyinə qayıdacağı ehtimalı ilə ixracatçıların mallarını sürətləndirməyə çalışdıqları məlum olub. Çin, bəzi ABŞ məhsullarına əlavə tariflər tətbiq etməklə yanaşı, ABŞ-ın ehtiyacı olan vacib mineralların ixracını da məhdudlaşdırıb.