RU

“Bavariya” Almaniya millisinin kapitanı ilə razılığa gəlib

Bakı, 7 mart, AZƏRTAC

“Bavariya” futbolçusu Yozua Kimmix ilə müqavilə müddətini uzadacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.

Onun sözlərinə görə, Münhen klubunun nümayəndələri Almaniya millisinin 30 yaşlı kapitanı ilə hazırkı müqavilənin müddətinin uzadılması ilə bağlı şifahi razılığa gəliblər.

Qeyd edək ki, Yozua Kimmix bu mövsüm Almaniya çempionatında "Bavariya"nın heyətində 23 oyunda,1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2015-ci ildən Bundesliqa nəhəngində çıxış edir.

Избранный
28
azertag.az

1Источники