RU

ABŞ-ın Ukraynanı necə şantaj etdiyi ÜZƏ ÇIXDI – Sazişi imzalamasanız...

ABŞ Ukraynanı Kiyev mineral ehtiyatlar üzrə sövdələşmədən imtina edəcəyi təqdirdə rəsmi korrupsiya hallarını ifşa edəcəyi ilə hədələyib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Washington Post” nəşri yazıb.
 

Nəşr qeyd edir ki, amerikalılar Zelenskini təzyiq vasitəsi kimi məmurlar arasında iddia edilən korrupsiya hallarını üzə çıxarmaqla təhdid ediblər.


Qəzetin köşə yazarı David İqnatiusun sözlərinə görə, Ağ Ev sözügedən məsələ ilə bağlı Zelenskinin əsas rəqibi Valeri Zalujnı ilə də əlaqə saxlayıb. 

Xatırladaq ki, fevralın 28-də Zelenski Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşüb. ABŞ prezidenti və vitse-prezident J.D.Vens Zelenskini nankorluqda və hörmətsizlikdə ittiham edib və tərəflər arasında mübahisə yaşanıb.

Bizim.Media

Избранный
11
bizim.media

1Источники