"Bayern"in qapıçısı Manuel Noyer sıradan çıxıb.


Rekord.az xəbər verir ki, 38 yaşlı qapıçı sağ baldır əzələsindəki əzələ lifinin yırtılmasından əziyyət çəkir.


O, bu səbəbdən komandasının qarşıdakı 3-4 matçını buraxmalı olacaq. Bu dövrdə onu Münhen klubunun 21 yaşlı qapıçısı Yonas Urbiq əvəzləyəcək.


Noyer Çempionlar Liqasının 1/8 final mərhələsində "Bayer"ə qarşı keçirdikləri ilk matçda (3:0) zədələnib. Təcrübəli qolkiper komandasının rəqibə vurduğu qola sevinərkən sıradan çıxıb.