RU

Rafael Qrossi: İrana qarşı sanksiyalar işə yaramır

İrana qarşı sanksiyalar işə yaramır, Tehran onlardan yan keçməyi öyrənib və 2018-ci ildən bəri nüvə proqramını əhəmiyyətli dərəcədə inkişaf etdirib.

Xezerxeber.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) baş direktoru Rafael Qrossi "Bloomberg" agentliyinə müsahibəsində Tehranın nüvə proqramını şərh edərkən deyib.

“Sanksiyalar işləmir... Tehran onlardan yan keçməyi öyrənib. İranın nüvə proqramı 2018-ci ildən bəri əhəmiyyətli dərəcədə inkişaf edib”, - deyə IAEA-nın baş direktoru bildirib.

Onun sözlərinə görə, İran istehsalın yenidən qurulması və alternativ təchizat zəncirlərinin yaradılması ilə nüvə proqramını sanksiyalardan yayındıra bilib. Nümunə olaraq o, ABŞ-ın nüvə sazişindən çıxmasından sonra İranın inkişaf etdirdiyi beş yeni qabaqcıl sentrifuqa modelini göstərib.

Xatırladaq ki, 2015-ci ildə İngiltərə, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran nüvə proqramını məhdudlaşdırması müqabilində Tehrana qarşı sanksiyaların yüngülləşdirilməsini ehtiva edən sazişə imza atıblar. Vaşinqton 2018-ci ilin mayında Donald Trampın əvvəlki prezidentliyi dövründə sazişdən çıxaraq İrana qarşı sanksiyaları bərpa edib. Tehran isə buna cavab olaraq nüvə tədqiqatlarına yenidən başlayıb və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edib.

Избранный
7
1
xezerxeber.az

2Источники