RU

Keçmiş olimpiyaçı narkotik ticarətinə görə FTB-nin siyahısına düşdü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Keçmiş olimpiya snoubordçusu Rayan Veddinq beynəlxalq narkotik ticarəti şəbəkəsinin təşkilinə görə ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən ən çox axtarılan cinayətkarlar siyahısında ilk 10-luğa düşüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "NBC News" nəşri məlumat verib.
"Dörd nəfərin ölümünə səbəb olduğu iddia edilən narkotik vasitələrin qanunsuz dövriyyəsi üzrə transmilli əməliyyatın təşkilində ittiham olunan keçmiş olimpiya snoubordçusu indi FTB-nin ən çox axtardığı 10 qaçaq siyahısındadır", - deyə dərc olunmuş materialda bildirilib.
Veddinq böyük beynəlxalq narkotik ticarəti şəbəkəsinin təşkil edilməsində ittiham olunur ki, bu çərçivədə Kolumbiyadan Meksika ilə sərhəd vasitəsilə ABŞ-yə və Kanadaya mütəmadi olaraq yüzlərlə kiloqram kokain daşınıb. Qanunsuz fəaliyyəti dövründə onun bir neçə qətldə də əli olub.
Hazırda FTB ehtimal edir ki, cinayətkar Meksika ərazisində yaşayır və o, "silahlı və təhlükəli" hesab edilməlidir.
"Dövlət Departamenti Veddinqin həbsinə gətirib çıxara biləcək hər hansı məlumat üçün 10 milyon dollar məbləğində mükafat təklif edir, FTB isə onun saxlanılması, həbsi və ekstradisiyasına kömək edə biləcək məlumat üçün əlavə olaraq 50,000 dollar söz verir", - deyə kanal qeyd edib.
Избранный
70
50
oxu.az

10Источники