RU

Mikayıl Cabbarov: "Yaşıl" təyinatlı SOCAR istiqrazları ölkə tarixində ən böyük emissiyadır”

"Yaşıl" təyinatlı SOCAR istiqrazlarının abunə yazılışının yekunlaşması ilə bağlı tədbirdə iştirak etdik”.

Bu barədə sosial şəbəkə hesablarında paylaşım edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan daim qlobal iqlim gündəliyinə sadiqliyini nümayiş etdirir: “Yaşıl istiqrazlarla bağlı layihə də iqlim təhlükəsizliyinə töhfə verən COP29 irsinin uğurlu davamıdır. Layihə ölkəmizdə innovativ texnologiyaların tətbiqi və enerji səmərəliliyinin artırılmasına xidmət edəcək”.

Nazir vurğulayıb ki, istiqrazlara marağın yüksək olması SOCAR-ın beynəlxalq investorlar qarşısında etibarlı tərəfdaş mövqeyinin bariz təzahürüdür. Ümumi həcmi 200 milyon dollar olan bu istiqrazlar ölkə tarixində ən böyük emissiyadır: “Layihənin hazırlanmasında və uğurla həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirik”.

Избранный
14
1
vergiler.az

5Источники