RU

ABŞ “qırmızı siyahı”dan əlavə “narıncı siyahı” da hazırlayır: Niyə və hansı ölkələr üçün?

Donald Trampın administrasiyası vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyulacaq ölkələrin yeni siyahısını hazırlayır.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Qəzet yazır: "Tramp administrasiyası müəyyən ölkələrin vətəndaşları üçün ABŞ-a yeni səyahət qadağasını yekunlaşdırır. Siyahı Trampın ilk dövründə təqdim etdiyi siyahıdan daha geniş olacaq".

Mənbələrin məlumatına görə, ilkin “qırmızı siyahı”ya artıq məhdudiyyətlərə məruz qalan ölkələr daxildir: Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela və Yəmən. Siyahıya Əfqanıstanın əlavə edilməsi də nəzərdən keçirilir.

Избранный
35
publika.az

1Источники