Cənubi Koreyada hərbi vəziyyət elan edildikdən sonra prezident postundan uzaqlaşdırılan Yoon Suk Yeol azadlığa buraxılıb.
Turkustan.az xəbər verir ki, Yonhap-ın məlumatına görə, Seul Mərkəzi Dairə Məhkəməsi Yoonun saxlanması ilə bağlı şikayətini qəbul edib.
Məhkəmənin qərarından sonra o, sərbəst buraxılıb.
Yoon 3 dekabr 2024-cü ildə elan edilən hərbi vəziyyətlə bağlı ittihamnamənin qanunsuz olduğunu əsas gətirərək həbs qərarına etiraz etmişdi.
Cənubi Koreya Milli Assambleyasının hərbi vəziyyət elan edilməsinin konstitusiyaya zidd olduğu səbəbilə vəzifəsindən uzaqlaşdırılmasını tələb etməsindən sonra vəzifəsindən uzaqlaşdırılan Yoon, hərbi vəziyyətlə bağlı aparılan istintaq çərçivəsində yanvarın 15-də saxlanılıb.
Aytən Yaşar/ Turkustan.az