RU

“Mehriban Xanlarovanın qorxan yaşı keçib”

Akademik Milli Dram Teatrının bədii rəhbəri, rejissor Mehriban Ələkbərzadə teatr ətrafında baş verən qalmaqala münasibət bldirib. Musavat.com-a açıqlama verən Ələkbərzadə qeyd edib ki, teatra gənc aktyorların cəlb olunması normal haldır:

 

“Teatr daxilində yaşanan hadisələr teatr əxlaqına görə daxilində qalmalıdır. Kənarda şou düzəltmək lazım deyil. Narazı olanlara qapım açıqdır. Teatrda hansısa islahat aparılanda istər Adil İsgəndərov, istərsə də Tofiq Kazımovun vaxtında belə hallar yaşanıb. Buna xüsusi hal kimi baxıb, şouya çevirmək lazım deyil. Yeni nəsil gəlməlidir. 60 yaşında adamın 20 yaşlını oynaması gülməlidir. Bu şouya nöqtə qoymaq lazımdır”.

 

O, Əməkdar artist Mehriban Xanlarovanın “Mehriban Ələkbərzadəyə etiraz etməyə AzDramanın kollektivi olaraq qorxuruq ki, adlarımızı Prezident mükafatı və fəxri adlar üçün olan siyahılardan çıxardalar” sözlərinə də münasibət bildirib:

 

“Mehriban Xanlarovanın 60 yaşı var, qorxan dövrü çoxdan keçib. Etdiyi yanlış və böhtan xarakterli açıqlamalarda da kifayət qədər sərbəst və həddindən artıq sərbəst fikrini ifadə edib. Burada qorxmaqdan söhbət gedə bilməz”.

Tarix: 7 Mart 2025, 14:07   
Избранный
22
1
pravda.az

2Источники