RU

Binəqədiyə su nə vaxt veriləcək? - RƏSMİ CAVAB

Bakı şəhəri Binəqədi rayon ərazisində suyun verilməsində problem yaranıb.

Belə ki, yaranmış problemlə bağlı  redaksiyamıza müraciət edən sakinlər səhər saatlarından başlayaraq suyun tədricən azaldığını, sonra isə tamamilə kəsildiyini bildiirblər. Artıq bir neçə saatdır ki, ərazidə su gəlmir.

Maraqlıdır, bu gün əraziyə su veriləcəkmi?

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu “Cebheinfo.az”a bildirib ki, qəzann aradan qaldırılması işləri ilə bağlı suyun verilməsində fasilə yaranıb:

“Gün ərzində problem aradan qaldırılacaq”.

Избранный
31
cebheinfo.az

1Источники