RU

Azərbaycandan Serbiyadakı dünya çempionatına 6 boksçu gedir

Azərbaycanı Serbiyanın Niş şəhərində qadın boksçular arasında keçiriləcək dünya çempionatında 6 idmançı təmsil edəcək.

Boks Federasiyasının mətbuat xidməti xəbər verir ki, yığmanın baş məşqçisi İlkin Ağayev yarışda Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayevaya (+81 kq) şans verəcək.

Mundial martın 8-dən 16-dək keçiriləcək.

Qeyd edək ki, yarışa bu gün yollanan millimiz martın 17-də Bakıya qayıdacaq.

Избранный
103
16
anspress.com

10Источники